“Səsi çox gözəl” yarışması ilə tanınan gənc müğənni Mutlu Kaya Diyarbakırda silahla vurulub. Mutlunun evinə silahlı basqın olub. Gənc ifaçı başından aldığı güllə yarası ilə xəstəxanaya aparılıb. Atəş açan şəxslərin şəxsiyyəti və hadisənin səbəbləri bilinmir.
Qeyd edək ki, məktəblərdən birinin yeməkxanasında işləyən Mutlu Kayanı müğənni Sibel Can kəşf edərək Diyarbakırdan İstanbula aparmışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.