banner
banner

Sosİal

Bu şəxslərə verilən müavinət artırılır

Bu şəxslərə verilən müavinət artırılır

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin şəxslərə ilk dəfə işə düzələn zaman verilən yardımların artırılması müzakirə edilib.

Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik layihəsi ikinci oxunuşa təqdim edilib.

Komitə sədri Musa Quliyev dəyişikliyin sözügedən kateqoriyadan olan uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsinin təkmilləşdirilməsi məqsədi ilə hazırlandığını vurğulayıb.

Müzakirələrdən sonra sözügedən qanun layihəsi və gündəliyə daxil edilmiş “Arbitraj haqqında” icrası ilə əlaqədar bəzi qanunlarında dəyişiklik edilməsi haqqında layihə ikinci oxunuşda plenar iclasa tövsiyə edilib.

Qeyd edək ki, layihəyə əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin qanunun hazırkı redaksiyası və hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği (Dövlət Statistika Komitəsi tərəfindən sonuncu dəfə açıqlanmış ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği 1003,5 manat olub) nəzərə alınmaqla 6 min manat müəyyən edilib./Publika.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.