Cia.az xəbər verir ki, Danimarka Ukraynaya 6 ədəd F-16 qırıcısı verib və əlavə olaraq, bu təyyarələrdən 13 ədəd yenə vermək niyyətindədir. Bu barədə açıqlamanı Danimarka krallığının Baş naziri Mette Federiksen Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü zamanı verib. Hökumət başçısı deyib: "6 ədəd artıq verilib. Bu, birinci partiyadır... Sonra yenə tədarüklər olacaq. Ümumilikdə 19 təyyarə veriləcək". Baş nazir ötən ilin yayından bəri Danimarkanın ukraynalı pilotların hazırlığına da kömək elədiyini qeyd edib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.