Ermənistanın yuxarı dairələrində Sünik qubernatoru Surik Xaçatryanın istefası məsələsi müzakirə edilir. Bu barədə İrəvanda dərc olunan “Joxovurd” qəzeti məlumat verib. Qəzetin yazdığına görə, buna səbəb Surik Xaçatryanın adının mütəmadi olaraq qanlı qalmaqallarda səslənməsi ilə bağlıdır.
Məsələ Ermənistan parlamentində də müzakirə edilib. Müxalifətçi deputat Zarui Postancyan bildirib ki, Surik Xaçatryan indiyə kimi dörd dəfə mühakimə olunub və axırıncı dəfə Avetik Budaqyan adlı həmyerlisini öldürüb. Surik Xaçatryanın oğlu da mütəmadi cinayət hadisələrinin iştirakçısıdır. Axırıncı dəfə o, üç nəfəri yaralayıb və onlardan bir nəfər kor olub.
Zarui Postancyan bildirib ki, Surik Xaçatryanın oğlu narkomandır. Erməni parlamentinin deputatı, general Seyran Saroyan məsələyə qarışıb və Zarui Postancyanı hədələyib ki, Xaçatryan ailəsindən əl çəksin. “Sənin oğlun narkomandır”,- deyə general müxalifətçi deputatdan Surik Xaçatryanın oğlunun narkoman olduğunu sübut etməyi tələb edib. Postancyan deyib ki, bunu ekspertiza təsdiq edib.
Erməni jurnalistlərinin yazdığına görə, bu cür cinayətkarlar Ermənistanda hakimiyyətə məhz Serj Sarkisyanın dəstəyi ilə gəlirlər. “Cinayət aləmi ilə dövlətin birləşdirilməsi kriminalın tam qələbəsi ilə nəticələnəcək və onun qurbanı Serj Sarkisyanın özü olacaq”, - deyə erməni şərhçi Naira Hayrumyan vurğulayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.