Azərbaycan əhalisi 27,3 milyard manatı GÖRÜN NƏYƏ XƏRCLƏYİB
2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53 milyard 867,7 milyon manatlıq məhsul satılıb.
Cia.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, on bir ayda əhalinin ərzağa çəkdiyi xərc illik ifadədə 2,2 faiz artmaqla 27 milyard 250 milyon manat, içkilər və tütün məmulatlarına xərci 1,1 faiz azalaraq 2 milyard 285,8 milyon manat, toxuculuq məhsulları, geyim və ayaqqabılara xərci 5,4 faiz artaraq 8 milyard 71,5 milyon manat, əczaçılıq məhsulları və tibbi ləvazimatlara xərci 0,7 faiz azalaraq 1 milyard 144,6 milyon manat, avtomobil benzini və dizel yanacağına xərci 6,9 faiz artaraq 3 milyard 120,4 milyon manat təşkil edib.
On bir ayda 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,0 faiz, qeyri-ərzaq malları üzrə 6,1 faiz artıb.
Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.
Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.
Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.