banner
banner

Sosİal

Azərbaycanda hotel yandı - FOTO

Azərbaycanda hotel yandı - FOTO

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Cia.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində - Seyrangah deyilən ərazidə bir müddətdir, istifadəsiz qalan "Göl" hotelində baş verib.

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən yanğınsöndürmə işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.

FHN hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Cəlilabad rayonunda yerləşən hoteldə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 800kv.m. olan hotelin  2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12kv.m. sahədə yanıb.

Hotel binası yanğından mühafizə olunub.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.