Şəkərdən iki həftəlik imtina müsbət nəticələr verə bilər.
Tanınmış qastroenteroloq Dr. Saurabh Sethinin dediyinə əsasən 14 gün ərzində şəkəri tamamilə tərk etmək qaraciyər və bağırsaq sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Bu müddətdə üz şişkinliyinin azalması, qarın piylərinin əriməsi, daha sağlam bağırsaq mikroflorası və daha təmiz dəri kimi faydalar müşahidə olunur.
Dr. Sethi xəstələrində şəkəri tərk etdikdən sonra diqqətəlayiq sağlamlıq dəyişiklikləri göründüyünü bildirir. Şəkərin həddindən artıq qəbulu yüksək qan təzyiqi, iltihablanma, kökəlmə, diabet və yağlı qaraciyər xəstəliyi kimi ciddi problemlərə səbəb ola bilər. Həmçinin bu vərdiş ürək-damar xəstəlikləri və iflic riskini artırır.
Dr. Sethi izah edir ki, bu müddət ərzində üzün daha təbii formasına qayıtması, gözlər ətrafında şişkinliyin azalması və qaraciyər piylərinin əriməsi nəticəsində qarın bölgəsində də incəlmə müşahidə edilir. Şəkəri tərk etmək həm də sağlam bağırsaq mikroflorasını bərpa edərək həzm sisteminin funksiyasını yaxşılaşdırır. Bundan əlavə, sızanaq və ya qızartılar azalır, dəri daha təmiz və parlaq görünür.
FDA-nın məlumatına görə, gündəlik şəkər qəbulu üçün tövsiyə olunan hədd 50 qramdır. Şəkərsiz qidalanma ilk günlərdə halsızlıq və yorğunluq yarada bilər, lakin orqanizm daha davamlı enerji mənbələrinə uyğunlaşdıqca bu təsirlər azalır. Şəkərin kəsilməsi qan şəkərini stabilləşdirir, ani enerji azalmasını və aclıq krizlərini azaldır. Bununla yanaşı, dadbilmə qabiliyyətində də dəyişikliklər müşahidə olunur: əvvəllər dadsız görünən meyvələr daha dadlı hiss edilir.
Şəkəri həyatınızdan çıxarmaq yuxu keyfiyyətini artırır, daha rahat yatmağa və tam enerjili oyanmağa kömək edir. Bu müddət ərzində bağırsaq florasının bərpası, həzm problemlərinin aradan qalxması və ümumi sağlamlıq göstəricilərinin yaxşılaşması mümkündür./Milli.Az
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.