2025-ci il astrologiya baxımdan bəzi bürclər üçün böyük şanslar gətirəcək. Həm iş həyatı, həm də şəxsi münasibətlər və inkişaf sahələrində uğurlu dövr yaşamağa hazır olan bu bürclər il ərzində müsbət enerjidən maksimum istifadə edə biləcəklər.
Cia.az xarici KİV-ə istinadən 2025-ci ilin ən uğurlu 5 bürcünü təqdim edir.
Buğa bürcü (21 aprel - 21 may)
2025-ci il Buğa bürcləri üçün xüsusilə maliyyə və sevgi sahələrində şans gətirəcək. Yupiterin təsiri ilə Buğalar karyeralarında böyük irəliləyiş əldə edəcək və gözlənilməz gəlir mənbələri ilə qarşılaşacaqlar. Venera isə sevgi həyatlarına harmoniya və xoşbəxtlik bəxş edəcək.
Xərçəng bürcü (22 iyun - 22 iyul)
Hissiyyatlı bürclərdən olan Xərçəng 2025-ci ildə özünü daha təhlükəsiz hiss edəcək. Ailə münasibətlərində əmin-amanlıq və xoşbəxtlik ön planda olacaq. Yeni iş imkanları və güclü dostluqlar ilin əsas qazancı olacaq.
Qız bürcü (23 avqust - 22 sentyabr)
Qız bürcləri üçün 2025-ci il nizamlı və planlı yanaşmaları sayəsində uğurlar əldə edəcəkləri bir dövr olacaq. Yupiterin dəstəyi ilə uzun müddətdir gözlədikləri fürsətlər ortaya çıxacaq. Təhsil, karyera və şəxsi inkişaf sahələrində böyük addımlar atacaqlar.
Əqrəb bürcü (23 oktyabr - 21 noyabr)
2025-ci il Əqrəblər üçün dəyişikliklər ili olacaq. Xüsusilə maliyyə sahəsində böyük qazanc əldə edəcək və investisiyalarında müvəffəqiyyət qazanacaqlar. Sevgi həyatında isə gözlənilməz və xoş sürprizlər onları gözləyir.
Oğlaq bürcü (22 dekabr - 20 yanvar)
Oğlaqlar 2025-ci ildə səbrlərinin qarşılığını alacaqlar. Uzun müddət əziyyət çəkdikləri layihələrdən gözlənilən nəticələri əldə edə bilərlər. Xüsusilə karyera sahəsində yüksəliş və nüfuz qazanmaq fürsətləri ilə dolu bir il olacaq. \Metbuat.az
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.