“Mən subayam və heç vaxt ailəli olmamışam". Xalq artisti Aygün Kazımovanın qızı İlqarə gizli şəkildə ərə getməsi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirərkən belə deyib. İfaçı açıqlamasından, eşitdiyi xəbərlərdən şoka düşdüyünü bildirdi: “Mən subayam və heç vaxt ailəli olmamışam. O qız isə mən deyiləm. Bilmirəm kimdir. Düzdür, şəkilə baxanda mən də onu özümə oxşatdım. Hətta deyərdim ki, mənim oxşarımdır. Amma o qız mən deyiləm. Hər kimdir Allah xoşbəxt etsin”.
Müğənni İlqarə Kazımovanın gizlincə ailə qurması haqda xəbər bu gün yerli medianın diqqətini cəlb edib. Xəbərdə deyilir ki, toy bir neçə il öncə xaricdə baş tutub və İlqarə Kazımovanın həyat yoldaşı əcnəbi vətəndaşdır.
İlqarənin tez-tez Türkiyəyə getməsinin səbəbi də həyat yoldaşının İstanbulda fəaliyyət göstərən iş adamı olmasıdır. Xəbərlərdə yazılırdı ki, Aygün Kazımovanın qızının toy xəbərinin niyə gizli saxlamaq istədiyi məlum deyil.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.