banner
banner

Gündəm

Terrorçuların lideri Türkiyə parlamentində çıxış edəcək

Terrorçuların lideri Türkiyə parlamentində çıxış edəcək

Cia.az Türkiyənin "Hürriyet" nəşrinə istinadla xəbər verir ki, 1999-cu ildən bəri İmralı adasındakı həbsxanada saxlanılan terrorçu Abdulla Öcalan PKK terror təşkilatına çağırışla çıxış etməyə razı olub. 
Qəzetin yazdığına görə, bu barədə terrorçulara yaxın olan Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM partiyası məlumat verib. Partiya fəalları Öcalanla həbsxanada görüşüblər.
Bəlli olduğu kimi, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Devlet Bahçeli Öcalanın parlamentə gedib PKK-nı silahları yerə qoymağa çağırış etməsini təklif etmişdi. Bu təklifi Türkiyə Prezidenti R.T.Ərdoğan da dəstəkləyib.
Öcalan təkliflə razılaşdığını bəyan edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.