banner
banner

Dünya

Məkkə ilə Mədinədə leysan yağışlar

Məkkə ilə Mədinədə leysan yağışlar

Cia.az xəbər verir ki, Səudiyyə Ərəbistanında leysanlar sellərə səbəb olub. 
Müqəddəs Məkkə və Mədinə də daxil olmaqla, ölkənin bir sıra şəhərləri güclü yağışlardan sonra suyun altında qalıblar. Küçələrdə sellər axır, yağış suları infrastruktura və yaşayış binalarına zərər vurub.
Məkkədə iqlim təhlükəsinin qırmızı səviyyəsi elan olunub.
Ölkənin paytaxtı Ər Riyad şəhərində, həmçinin Əsir və Cazan vilayətlərində narıncı təhlükə səviyyəsi elan edilib. Sakinlərə ehtiyatlı olmaq çağırışı edilib.
Sinoptiklərin proqnozlarına görə, yağışlı hava şəraiti bir neçə gün də davam edəcək. Səudiyyə Ərəbistanının xilasetmə xidmətləri gücləndirilmiş rejimdə işləyirlər.
Sosial şəbəkələrdə yayılan videolarda avtomobillər küçədən axan sularda üzür.
Hürr Tərcüman



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.