banner
banner

Dünya

Cənubi Koreya tarixində ilk dəfə - Prezident həbs edildi

Cənubi Koreya tarixində ilk dəfə - Prezident həbs edildi

Cia.az xəbər verir ki, Koreya Respublikasının tarixində ilk dəfə Prezident həbs edilib.
Bu barədə "Ryonhap" agentliyi məlumat verib.
Koreyanın Korrupsiya İstintaqı İdarəsindən olan (CIO) 40 nəfər müstəntiq ilə 200 nəfər polis bu gün səhər saatlarında Prezident Yun Sok Yolun həbsi barəsində hökmü yerinə yetirmək üçün  onun iqamətgahına gediblər və növbəti dəfə Prezidentin təhlükəsizlik xidmət ilə toqquşublar.
Prezident kompleksinin ərazisinə gəlmək üçün onlar üç sıra əngəli aşmalı olublar. Dövlət başçısının mühafizəsinin qarşısında avtomobil və avtobuslardan ibarət xətt çəkilib.
Müstəntiqlərlə polislər təqribən iki saat yarımdan sonra pilləkənlərdən istifadə edərək binaya daxil ola biliblər.
Dövlət başçısı 2024-cü il dekabrın 3-də ölkədə hərbi vəziyyət elan etdikdən sonra, 2024-cü il dekabrın 14-də Cənubi Koreya parlamenti Prezident Yun Sok Yolun impiçmentini elan etmişdi. CIO Prezidenti səlahiyyətlərini aşmaqda və qiyam qaldırmaqda ittiham edərək onun həbs etməsini qərara almışdı. Yanvarın 3-də Prezidentin mühafizəsi onun həbs edilməsinə imkan verməmişdi.
Hürr Tərcüman



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.