banner
banner

Gündəm

Vahid Ələkbərovun oğlu bu vəzifəsini tərk edir

Vahid Ələkbərovun oğlu bu vəzifəsini tərk edir

Rusiyanın “Lukoil” neft şirkətinin qurucusu Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov “Spartak” futbol klubunun Direktorlar Şurasını tərk etmək qərarına gəlib.

Cia.az xəbər verir ki, bu barədə “RBC Sport” məlumat yayıb.

Bildirilir ki, bu qərar ABŞ Maliyyə Nazirliyi tərəfindən ona qarşı tətbiq edilən sanksiyalardan sonra klubu risk altına qoymamaq istəyi ilə bağlıdır.

Xatırladaq ki, ABŞ yanvarın 10-da Y.Ələkbərova qarşı yeni sanksiyalar tətbiq edib.

Neft şirkəti klubun sahibi və baş sponsorudur.

Y.Ələkbərov 2021-ci ildə klubun Direktorlar Şurasına daxil olub. Onun klubdakı fəaliyyəti haqqında açıq mənbələrdə az məlumat var. ABŞ Maliyyə Nazirliyinin məlumatında o, “WellTech” neft xidməti şirkətinin (o da sanksiyalara məruz qalıb) qurucusu və sahibi kimi göstərilib.

Y.Ələkbərov 10-dan çox şirkətin həmsahibidir və 2021-ci ildə “Lukoil”un səhmlərinin 0.2%-nə malik olub. (Qafqazinfo)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.