banner
banner

Şou

Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı

Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı

Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi şantajla üzləşib.

Cia.az xəbər verir ki, bununla bağlı Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi ərizə ilə Yasamal RPİ-yə müraciət edib. O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və hesabına 1000 manat pul ödətdirib.

Müraciətlə bağlı ilkin əməliyyat-axtarış tədbirləri RPİ tərəfindən aparılır.

Qeyd edək ki, son vaxtlar naməlum şəxslərin məşhurların adından istifadə edərək onların nömrələrinə oxşar və ya eyni mobil nömrələrlə vatsap və digər sosial şəbəkələr vasitəsilə onları aldadaraq pul alması hallarına da rast gəlinir.

Fotoda: Emin Əfəndi

 

Qafqazinfo.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.

"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" - Foto

"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".