banner
banner

Hərbİ

Hərbi hissələrdə ardıcıl əskər ölümləri - Bunun səbəbini açıqlayan olacaq?

Hərbi hissələrdə ardıcıl əskər ölümləri - Bunun səbəbini açıqlayan olacaq?

Ötən gün Kəlbəcərdə N saylı hərbi hissədə həlak olan Azərbaycan ordusunun hərbi qulluqçusu Camal Nizami oğlu Hüseynov odlu silahdan açılmış atəş nəticəsində həyatını itirib( Niyə?, nə üçün? sualları açıq qalıb.) 2001-ci il təvəllüdlü C.Hüseynov Bakı şəhəri Səbail rayonunda yerləşən 50 saylı orta məktəbdə təhsil alıb.

Camal Hüseynov qəbul imtahanında 573 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasına qəbul olub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb. Təhsil aldığı illərdə məşhur marketlər şəbəkəsindən birində çalışıb.

İndi əlaqədar orqanlar dürüst bir məlumat versin ki, gələcəyimiz olacaq belə bir savadlı , ağıllı gənc niyə odlu silahda açılan güllədən ölüb??Yanvarın 15-də odlu silahdan atəş açmaqla özünü öldürən əsgərimiz Adil Baxşaliyeviç Baxşəliyevin typrpağa tapşırılmasından heç bir həftə ötməmiş Camal Hüseynovun da bir gülləyə qurban getməsi sıradan bir olay deyil... 1 ayda iki ailənin işığı sönüb... 1 ayda anaların- ataların beli qırılıb. 18-19 il valideynin qoruduğu övladı , vətənimiz- dövlətimiz öz övladı olaraq 1 il, il yarım qoruya bilmir? Niyə axıııı???? Sizə əmanət verilən oğullar niyə 1 gülləyə qurban gedir? Bildiyim qədəri ilə ərazimizdə erməni yoxdur, güllə atan , təxribat yaradan yoxdur, bəs onda bu igidlərin qanının tökülməsinə bais olan "ermənilər" niyə ictimaiyyətə tanıdılmır?

2024-cü il 10 dekabrda hərbi qulluqçu Cəfərli Tarıverdi Zaur oğlunun , noyabrda əsgər Orucov Həbib İlham oğlu, 22 oktyabrda əsgər Həsənov Murad Fuad oğlunun, sentyabrda əsgər Bayramov Musa Səhliyar oğlunun(sentyabrdan o tərəfi hesablamiram) silahdan açılmış atəş nəticəsində ölməsi, ölümlərinin əsl səbəbkarların ictimaiyyətə açılmaması, jurnalistlərin məhkəmələrdə iştirak etməməsi hələ çox ölümləri reallaşdıracaq..
TEREF



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.

Bu məzunlar orduda birbaşa leytenant kimi xidmət edəcək

Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.