"Birbank"da istifadəçilər kartlarını bu tətbiqdə silinmiş olaraq görürlər. Sanki heç bir kart tətbiqə əlavə edilməyib. Hazırda isə istifadəçilər tətbiqə daxil olduqda profilaktik işlərin aparılması ilə bağlı bildiriş çıxır. "Birbank" da tətbiqdə problem olduğunu təsdiqləyib. Xatırladıram ki , bir neçə gün öncə “Kapital Bank” brendi tam olaraq “Birbank” brendinə keçib. Düşünmək olar ki keçidlə bağlı hazırlıqlar yetərli olmayıb.
Cia.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib. Onun sözlərinə görə, kiber hücum da istisna olunmur: "Hazırda yenidən sistemə daxil olduqda əlavə olunmuş kartlar görsənmir. Bir müddət öncə, "Birbank" həmçinin SMS bildirişləri üzrə aylıq xidmət haqqını da 1 manatdan 3 manata qaldıracağını elan edib".
Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.
Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.
Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.