banner
banner

Gündəm

Bu şəxslərin maaşları 10 faiz ARTIRILDI – FƏRMAN

Bu şəxslərin maaşları 10 faiz ARTIRILDI – FƏRMAN

Azərbaycanda bir sıra hərbi qulluqçuların maaşları artırlıb.

Cia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq fərmanlar imzalayıb.

Fərmanlara əsasən aşağıda qeyd olunan şəxslərin maaşları 10 faiz artırılıb:

- Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları;

- Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçuları;

- Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçuları;

- Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşları;

- Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları;

- Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları;

- Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşları;

- Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşları;

-  Dövlət Sərhəd Xidmətinin (DSX) həqiqi hərbi xidmət hərbi qulluqçuları;

- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşları;

- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçuları.

Azərbaycan Nazirlər Kabineti bu Fərmanlardan irəli gələn məsələləri həll etməlidir.

Ədliyyə və Maliyyə nazirlikləri bu Fərmanlardan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir. Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Bizim.Media



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.