Bakıda növbəti “yaşıl soyqırımı”na hazırlıq gedir. Bu dəfə hədəfdə Xətai rayonunda, “Əhmədli” metrosunun yaxınlığındakı çoxillik ağaclardır.
Bu məlumatı Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 21 ünvanındakı 9 mərtəbəli binanın sakinləri verib.
“Bizim binanın qarşısındakı ərazi bir ildən çoxdur ki, dəmir hasara alınıb. Həmin ərazidə çoxillik sağlam ağaclar var. Doğrudur, həmin ağaclara hələ toxunmayıblar. Lakin belə bir dəqiq məlumat almışıq ki, hasarlanmış ərazidə ticarət obyektlərinin tikintisi planlaşdırılır. Tikinti işlərinə isə I Avropa Oyunlarından dərhal sonra başlanılacaq və ağacların hamısı kəsilərək yerində obyektlər tikiləcək” - deyə sakinlər bildirib.
Araşdırması zamanı sakinlərin dediyi faktlar öz təsdiqini tapıb. Məlum olub ki, orada doğrudan da ticarət obyektlərinin tikintisi nəzərdə tutulub. Tikinti işlərinin hələ başlamamasının səbəbi isə müvafiq sənədləşdirmə işlərinin hələ başa çatmamasıdır. Yəni tikintiyə rəsmən icazə verən sənədlər hələ hazır deyil. Lakin ərazi artıq hasarlanıb və ağaclar hər an kəsilə bilər. Məmurlarla sahibkarların danışıqları nə vaxt başa çatsa, ağaclar da o zaman kəsiləcək.
Bizə isə yalnız ona ümid etmək qalır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi M.Hadi, 21-dəki təhlükəyə - yaşıllıqların məhv edilməsi təhlükəsinə biganə qalmayacaq.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.