banner
banner

Dünya

Kəşfiyyatçı zabitlər saxlanıldı

Kəşfiyyatçı zabitlər saxlanıldı

Ukraynanın təhlükəsizlik qüvvələri Luqansk vilayətində rusiyalı iki zabiti saxlayıblar. Saxlanılan şəxslər kəşfiyyat fəaliyyətində ittiham olunurlar.
Onlar Ukraynada terror aktı törətməyi planlaşdırırmışlar. Ukrayna rəhbərliyi zabitlərdən birinin istintaq zamanı çəkilmiş videogörüntülərini yayımlayb. Zabit Tolyati şəhəri 3 saylı briqadanın kəşfiyyat bölməsindən olduğunu açıqlayıb. Ukrayna prezident administrasiyasının nümayəndəsi Andrey Lisenko xəbəri təsdiqləyib.

“Rusiyalı iki əsgər əsir götürülüb. Hazırda əməkdaşlarımız onlarla məşğul olurlar. Məndə hələlik başqa informasiya yoxdur”. 

Özlərini Luqansk Xalq Respublikası elan edən qurumun üzvləri isə, saxlanılan şəxslərin rus olmadığını, yerli polislər olduğunu açıqlayblar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da məlumatı təkzib edib və bildirib ki, Donbas regionunda heç bir rusiyalı hərbiçi fəaliyyət göstərmir.

Cia.az




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.