banner
banner

Sosİal

Hacıqabulda yanan vaqon Rusiyadan göndərilibmiş

Hacıqabulda yanan vaqon Rusiyadan göndərilibmiş

Ötən gün Hacıqabul stansiyasında Rusiyadan göndərilən ağac kömürü yüklənmiş 1 vaqonda tüstülənmə ilə müşahidə olunan yanğın baş verib.

Cia.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, yanğının qarşısının alınması üçün vaqon hərəkət tərkibindən ayrılıb, yanmış kömürlər vaqondan boşaldılıb, soyutma işləri aparılıb. Yanğın söndürülüb.

İlkin versiyaya görə, hadisə vaqondakı kömürlər bir-birinə sürtündükcə yaranan qızışmaya görə baş verib.

“Vaqon Yalama stansiyasında yükdaşıma qaydalarına uyğun olaraq həm gömrük, həm də yükgöndərən tərəfindən plomblanmış şəkildə qəbul edilib. Qaydalara əsasən, vaqon bu şəkildə təyinat nöqtəsində çatdırılmalıdır.

Yüklərin vaqona yükgöndərən tərəfindən yükləndiyini, vaqonun plomblu olduğunu və bu formada təhvil verilməli olduğunu nəzərə alsaq, hadisədə məhz yükgöndərən məsuliyyət daşıyır.

Yanğın nəticəsində Azərbaycan Dəmir Yollarına zərər dəyməyib.

Yanğınsöndürmə işlərinə cəlb olunan ADY-nin bir əməkdaşı halı pisləşdiyi üçün həkimə aparılıb, lakin səhhətində heç bir problem olmadığı üçün evə buraxılıb”, - məlumatda qeyd olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.

Bu bayram rayona getmək istəyənlərə pis xəbər – 800 manatlıq xərc gözlənilir

“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.