banner
banner

İqtİsadİyyat

Bakının bu hissəsində evlər ucuzlaşacaq

Bakının bu hissəsində evlər ucuzlaşacaq

Abşeron yarımadasının müxtəlif ərazilərində daşınmaz əmlakın qiymətlərində fərqli artım templəri müşahidə olunur. Ekspertlərin fikrincə, son bir neçə ildə əmlak bazarında ciddi durğunluq var. Bu proses uzun müddət davam etsə, satış qiymətlərində stabilləşmə və hətta enməni də görmək mümkün olacaq.

Bəs, görəsən, yaxın gələcəkdə yarımadanın, o cümlədən paytaxtın hansı ərazilərində daha ucuz qiymətə mənzil tapmaq olacaq?

Məsələ ilə əmlak eksperti Elnur Fərzəliyev Trend-ə açıqlamasında deyib ki, Xırdalan şəhərində əmlak paytaxta nisbətən ucuz olsa da, tıxac səbəbindən orada yaşayan insanlar da məcburən öz evlərini sataraq paytaxta doğru gəlməyə çalışırlar:

"Hazırda xüsusən kreditli şərtlərlə alınan əmlaklarda şəhərin Günəşli, Zığ massivi tipli ərazilərinə tələbat daha çoxdur. Həmin ərazilərdə qiymət artımı paytaxta nisbətən daha azdır. Bundan əlavə, paytaxtda yeni metro stansiyalarının açılacağı ilə bağlı xəbərlər yayılıb. Həmin stansiyaların nisbətən kənar ərazilərdə açılacağı bildirilir. Bu səbəbdən həmin ərazilərdə daşınmaz əmlaklara tələbat artacaq, yatırım etmək üçün sərfəli şərait yaranacaq".

Elnur Fərzəliyev vurğulayıb ki, hazırda qiymət artımı təbii formada olsa da, əksər ərazilərdə süni artımlar da var.

"Bu da istismar müddəti bitən, qəzalı vəziyyətdə olan köhnə binalarda baş verir. Buna da əsas səbəb həmin binaların sökülərək yenitikililərlə əvəzlənməsidir. Artıq azad olunan ərazilərdə tikinti işlərinin sürətlənməsi, yeni iş yerlərinin açılmasına səbəb olur. Bölgələrdən iş üçün gələn insanların böyük bir qismi paytaxta deyil, həmin ərazilərə üz tutur", - deyə ekspert əlavə edib.

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov isə Trend-ə açıqlamasında qeyd edib ki, son dövrlər qiymət artımına daha çox Bakı və Abşeron ərazisi məruz qalıb:

"Bu, Bakıdakı fiziki artım, regionlardan olan yüksək urbanizasiya ilə bağlıdır. Qiymətlərin stabil bahalaşması fonunda vətəndaşların büdcəsi imkan vermir ki, ev alışı üçün yetərli vəsaiti toplaya bilsinlər. Onlar da ipoteka, müxtəlif kredit növlərinə üz tuturlar".

Onun sözlərinə görə, növbəti illərdə qiymətlərin artması qaçılmaz olacaq.

"Bəzi ərazilərdə təklif tələbdən yüksəkdir. Bunun fonunda qiymətlərin nisbətən stabil və ucuz qalması proqnozlaşdırıla bilər. Buraya ilk növbədə Xırdalan şəhəri ərazisi daxildir. Burada inşaat həcmi kifayət qədər var, təkliflərin sayı həddindən artıq çoxdur. Yol infrasturkturunun inkişafı gələcəkdə həmin ərazilərdə evlərin alışı üçün münbit şərait yaradacaq. Buraya ilk növbədə Xırdalan şəhəri və onun ətrafındakı ərazilər daxildir. Bundan əlavə Masazır qəsəbəsini də qeyd etmək olar. Üçüncü yerdə isə Sumqayıt şəhəri və Hövsan qəsəbəsidir. Burada kifayət qədər daşınmaz əmlak var. Tələbat da yüksək deyil. Bu baxımdan qiymət artımları nisbətən az olacaq".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.