“Öz aramızda” verilişində müğənni Rəqsanə İsmayılovanın yüz min manat pul xərclədiyi ilə bağlı xəbər yayılmışdı. Cia.az xəbər verir ki, Axşam.az-a açıqlama verən sənətçi pulları nəyə sərf etdiyindən danışıb.
“Neçə gündür dayanmadan bu layihə üzərində çalışıram. Gecələr yuxusuz qalıram. Canlı yayımda halımın pisləşməsinə də bu səbəb olub. Yüz mini də verilişimə sərf etmişəm. Xeyriyyə işləri görürəm. Düşünürəm ki, bu qədər əziyyətə dəyərdi. Veriliş gözəl alınıb. “Göz önündə”də bir çox problem həll ediləcək, yardıma ehtiyacı olan insanların üzü güləcək”.
Qeyd edək ki, verilişin bir neçə buraxılışının çəkilişləri baş tutub. Maraqlı anların yaşandığı proqramda R.İsmayılovanın karate paltarı da diqqət çəkib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.