"Mən gərək 10 il əvvəl evlənərdim". Bunu "Günə Baxan"ın yeni aparıcısı olan Elgiz Əkbər bu gün adıçəkilən verilişin "Mətbəx" rubrikasında deyib. O, aktrisa Telli Hüseynovanın ailə həyatı haqqında sualına maraqlı cavab verib. Elgiz deyib ki, özünü karyeraya həsr etdiyi üçün ailə qurmaqda gecikib.
"Ailə, evlilik çox yaxşı gedir. Mən karyerama görə gec evləndim, amma elə oğlanlar var ki, evlənməyə qorxurlar. Bir dostum var mağazaları, qazancı var. İçki içmir, bara getmir. İndi əsl evlənəsi vaxtıdır. Amma qorxur ki, qarşısına düzgün insan çıxmaz, bədbəxt ola bilər. Çünki çox zamanlar bu barədə oxuyuruq, verilişlərimizdə görürük. Ona görə çox kişilər qorxur. Lakin qorxmaq lazım deyil" - deyən aparıcı, evliliyin qorxulu olmadığını bildirdi.
Aparıcı xoşladığı yeməklərdən də danışıb. O, deyib ki, heç zaman yemək seçən olmayıb və təklif edilən hər şeyi yeyir. "Ancaq bəzən kələm dolması bişən zaman nə isə ola bilər. Demirəm ki, bu yemyi sevmirəm. Sadəcə ayda bir dəfə olsa yeyeərəm. Tez-tez yox".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.