ABŞ-da respublikaçı senator Lindsey Qraham da 2016-cı il prezident seçkilərində namizədliyini irəli sürdüyünü rəsmən açıqlayıb. Prezident Barak Obamanın Yaxın Şərq münaqişəsinə və İŞİD silahlılarının genişlənməsinə dair siyasətinin sərt tənqidçisi olan L.Qraham partiyadan nominasiya əldə etməyə çalışan respublikaçı namizədlər sırasına qoşulub. Digər üç respublikaçı senator - Floridadan Marko Rubio, Texasdan Ted Kruz və Kentukidən Rand Pol da namizədliklərini açıqlayıblar.
L.Qraham bildirib ki, əvvəlcə namizədliyi irəli sürdüyünü rəsmən iyunun 1-də öz ştatında elan etməyini planlaşdırsa da, daha tez açıqlamağının səbəbini belə izah edib: "Namizədliyimi irəli sürürəm, çünki məncə dünya dağılır. Mən xarici siyasətdə fikirlərimin böyük əksəriyyəti düzgün olub."
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.