banner
banner

Sosİal

Nazirlik əlilləri istirahətə yolladı

Nazirlik əlilləri istirahətə yolladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 nəfər əlilliyi olan şəxs bu gün Şəki rayonunda yerləşən istirahət və sağlamlıq mərkəzinə istirahətə yola salınıb. 
Nazirlikdən verilən məlumata görə, ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” əsasında həyata keçirilən bu tədbir yaz-yay mövsümündə əlilliyi olan şəxslərin asudə vaxtının təşkilinə xidmət edir. 

İstirahət mərkəzində xüsusi proqram çərçivəsində müxtəlif növ idman yarışları, ətraf rayonlara gəzinti turları, tarixi yerlərlə tanışlıq, musiqili-əyləncəli tədbirlər və s. təşkil olunur. Eyni zamanda əlilliyi olan şəxslər istirahət müddəti ərzində tibbi və fizioterapevtik prosedurlara cəlb edilirlər. 

Bu ilin aprel-may aylarında 350 nəfər əlilliyi olan şəxslərin ölkənin səfalı güşələrinə istirahətə göndərilməsi təmin olunub. Onlardan 210 nəfəri Lənkəran rayonunda, 140 nəfəri isə Şəki rayonunda yerləşən istirahət mərkəzlərinə göndərilib. Ümumilikdə, cari ildə 1000 nəfərdən artıq bu təbəqədən olan vətəndaşın dövlət tərəfindən istirahətinin təşkili nəzərdə tutulur. 
Əlilliyi olan şəxslər istirahət və sağlamlıq mərkəzlərinə xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətirilirlər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.