Bu yolda dəyişiklik edilir - Sürücülərin diqqətinə!
Bu gün paytaxtın Üzeyir Hacıbəyli küçəsində yol hərəkətində dəyişiklik ediləcək.
Cia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Belə ki, Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Ü.Hacıbəyli küçəsinin sağ kənar yoluna daxil olduqda yolun mərkəz hissəsinə daxil ola bilməyəcəklər. Bununla da hərəkəti düz davam edib sağa Nizami küçəsinə yönələcəklər. Həmin ərazidə yerləşən yeraltı parkinqdən çıxan avtomobillər isə birbaşa Ü.Hacıbəyli küçəsinin mərkəz yoluna daxil ola biləcəklər.
Müvafiq nişanlar sözügedən ərazidə quraşdırılacaqdır. Yol hərəkətinin təşkilində edilən dəyişiklik Ü.Hacıbəyli küçəsində yarana biləcək sıxlıqların qarşısının alınması, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.
“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.