Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfər dəvətini qəbul edib.
Cia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Həqiqətən də Rusiya Prezidentinə dəvət var və o, bu dəvəti minnətdarlıqla qəbul edib”, – deyə Peskov bildirib. O, eyni zamanda Putinin Türkiyəyə səfərinin tarixinin hələ razılaşdırılmadığını qeyd edib.
Ərdoğanın Putini Türkiyəyə dəvət etməsi barədə ilk olaraq 27 fevralda İstanbulda Türkiyə lideri ilə görüşdən sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko məlumat verib.
Peskov əlavə edib ki, bu həftə Rusiya və Türkiyə prezidentləri arasında heç bir təmas planlaşdırılmır.
“Bu həftə üçün ali səviyyədə planlaşdırılmış heç bir təmas yoxdur”, – deyə Kremlin sözçüsü bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da "John Deere" şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.