banner
banner

İqtİsadİyyat

Bakının bu yerlərində evlər OD QİYMƏTİNƏ OLACAQ - GÖZLƏNİLMƏZ ARTIM

Bakının bu yerlərində evlər OD QİYMƏTİNƏ OLACAQ - GÖZLƏNİLMƏZ ARTIM

Bakıda bəzi ərazilərdə mənzil qiymətlərinin artması gözlənilir. Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda yeni 10 metro stansiyasının tikintisi ilə bağlı göstəriş verməsi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakıda tramvay xətti çəkilə biləcəyi ilə bağlı xəbərlər, həmin ərazilərdə mənzil qiymətlərinin artmasına səbəb ola bilər.

Cia.az xəbər verir ki, bir sıra ekspertlər bildirib ki, yeni nəqliyyat xətlərinin yaradılması infrastrukturun inkişafına səbəb olur və bu da həmin ərazilərdə yerləşən obyektlərin və yaşayış binalarının qiymətlərinin artmasına gətirib çıxarır.

Xüsusilə, Binəqədi, Mehdiabad və digər qəsəbələrin şəhərin mərkəzi ilə daha sürətli nəqliyyatla əlaqələndirilməsi planlaşdırılır. Bu ərazilərdə yeni metro stansiyalarının və tramvay xətlərinin tikintisi nəzərdə tutulur ki, bu da həmin bölgələrdə mənzil qiymətlərinin bahalaşmasına səbəb ola bilər.


Bundan əlavə, Bakının mərkəzə yaxın ərazilərində yerləşən mənzillərin qiyməti və icarə haqqı nəqliyyat xətlərinin əlçatanlığı baxımından yüksəkdir. Yeni nəqliyyat xətlərinin çəkilməsi ilə bu ərazilərdə də mənzil qiymətlərinin artması gözlənilir.

Qeyd etmək lazımdır ki, torpaq qiymətlərinin konkret proqnozunu bilmək üçün yerli daşınmaz əmlak bazarını yaxından izləmək və regionlarla bağlı rəsmi inkişaf planlarını nəzərə almaq vacibdir.

Yenisabah.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.