banner
banner

Sosİal

Sənədsiz evlər probleminin həlli niyə gecikir?

Sənədsiz evlər probleminin həlli niyə gecikir?

Azərbaycanda sənədsiz evlər məsələsi hələ də açıq qalmaqdadır. Dəfələrlə, bu məsələ ilə bağlı çıxışlar edilib. Hətta parlamentdə də bu məsələyə toxunulub. Lakin məsələ hələ də öz həllini tapmır.

Bir müddət əvvəl məlumat verilib ki, mövcud problemləri həll etmək və əmlak bazarını daha şəffaf etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ədliyyə Nazirliyi Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sistemini istifadəyə verməyə hazırlaşır. Bu sistem, mülkiyyət hüquqlarının qorunması və əmlak idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə müasir texnologiyalardan istifadə etməklə hazırlanır. Ancaq sistemin nə vaxt istifadəyə veriləcəyi məlum deyil.

Hurriyyet.az xəbər verir ki, modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən sənədsiz evlərin qeydiyyata alınması və çıxarışla təmin olunması üzrə konsepsiya hazırlanır:

"Sənədsiz evlərin qeydiyyata alınması və çıxarışla təmin olunması uzun müddətdir ki, müzakirə edilən məsələlərdəndir. Bu məsələ Milli Məclisə Nazirlər Kabinetinin fəaliyyəti ilə bağlı hesabat təqdim olunan zamanda müzakirə olundu. Millət vəkilləri tərəfindən təkliflər də səsləndirildi. Bir müddət əvvəl bütövlükdə bu istiqamətdə konsepsiyasının hazırlanmasına başlanmışdı. Konsepsiyanın hazırlanmasında məqsəd sənədsiz evlərin qeydiyyata alınma prosesi ilə bağlı mexanizm və qaydaların hazırlanmasıdır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə işlər təbii ki, davam etdirilir. Bütövlükdə mexanizmlərin hazırlanması təkliflərin sistemləşdirilməsi ilə bağlı da fəaliyyətlər aparılır". 

Deputat söyləyib ki, daha yaxın zamanda sənədsiz evlərlə bağlı mexanizm qəbul edilib, tətbiq edilə bilər:

"Burada bir sıra məsələlərin həlli vacibdir. Xüsusən də, nisbətən təhlküəli hesab edilən evlərlə bağlı addımların atılması zəruridir. Bu evlərin bir qismi ya neft buruqlarının və ya yüksək gərginlikli elektrik xətlərinin, nəqliyyat qovşaqlarının yaxınlığında inşa edilib. Təbii ki, həmin evlərlə bağlı qərarın verilməsinə ehtiyac var. Bəzi evlərlə bağlı təbii ki, bu istiqamətdə qərarın verilməsi asan ola bilər. Xüsusən də, elektrik xətlərinə yaxın olan evlərlə bağlı addımların atılması asandır. Burada elektrik xətlərinin yeraltı aparılması mümkündür. Amma xüsusən neft buruqlarının yaxınlığında yerləşən evlərlə bağlı təbii ki, daha sistemli qərarların verilməsinə ehtiyac var. İlkin qiymətləndirmələrə görə belə evlərin sayı 70 minə yaxındır. Yəni bu, kiçik rəqəm deyil. Ona görə də sənədsiz evlərlə bağlı qeydiyyat mexanizminin hazırlanması bütün sənədsiz inşa edilən evləri əhatə etməlidir. Hər halda bu istiqamətdə işlər gedir. Biz də daha yaxın zamanda mexanizmin qəbul edilib, tətbiq edilməsi reallaşa biləcəyinə ümid edirik".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.

Bu bayram rayona getmək istəyənlərə pis xəbər – 800 manatlıq xərc gözlənilir

“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.