banner
banner

Gündəm

BMT Baş katibi dünya müsəlmanlarını təbrik etdi

BMT Baş katibi dünya müsəlmanlarını təbrik etdi

BMT Baş katibi Antonio Quterreş Ramazan bayramı münasibətilə dünya müsəlmanlarını təbrik edib və onlara ən xoş arzularını çatdırıb.

O, müharibə, münaqişə və ya məcburi köçkünlük səbəbindən bayramı ailələri ilə birlikdə qeyd edə bilməyən bir çox müsəlmanları da ürək ağrısı ilə xatırladığını bildirib.

“Bu bayram həmrəylik və mərhəmətin dəyərləndirilməsi üçün fürsətdir və ümid edirəm ki, bu fürsət insanları bu dəyərləri reallaşdırması üçün bir araya gətirəcək”, - deyə Baş katib əlavə edib. \Ajans.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.