banner
banner

Gündəm

Sabiq deputatın tikintisi dayandırıldı

Sabiq deputatın tikintisi dayandırıldı

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi paytaxtın Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, 175-177 ünvanında “Kəpəz MTK”ya məxsus hündürmərtəbəli yaşayış binasının dam hissəsində aparılan işlərlə bağlı açıqlama yayıb.

"Cia.az" xəbər verir ki, komitədən “Qafqazinfo”ya bildirilib ki, məsələ ilə bağlı bu gün qurum tərəfindən əraziyə baxış keçirilib və razılaşdırılmamış işlərin həyata keçirildiyi müəyyən edilib.

Qeyd olunub ki, aparılan işlər mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən dayandırılıb və aktlaşdırılıb. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq yerli səviyyədə şəhərsalma nəzarəti çərçivəsində müvafiq nəzarətin təmin edilməsi üçün aidiyyəti üzrə dövlət qurumlarına müraciət edilib.

Onu da əlavə edək ki, yerli mətbuatda yayılan məlumatlara görə, “Kəpəz MTK” sabiq millət vəkili Mahir Aslanova məxsusdur. Bundan başqa, onun biznesinə “Happy inn” hotel, “Kəpəz Hospital” və “Kəpəz Group”un da daxil olduğu bildirilir.

“Kəpəz MTK” ilə bağlı daha öncə də bir sıra şikayətlər olub.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.