Bakı şəhəri ərazisində əsasən iş günləri səhər saatlarında avotomobil yollarında müşahidə olunan tıxacların yaranmasının əsas səbəbi paytaxtda alternativ küçələrin olmaması ilə bağlıdır.
CİA.Az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumat Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilib. "Hazırda 3 istiqamətdə olmaqla, Bakı-Sumqayıt şosesindən paytaxta doğru, Qələbə dairəsindən bütün istiqamətlərə doğru və "Koroğlu" metro stansiyasından aeroport istiqamətində yollarda sıxlıq müşahidə olunur", - deyə NİİM-dən bildirilib. NİİM-dən qeyd olunub ki, saat 10:00-dan sonra yollardakı vəziyyət nisbətən yaxşılaşır: "Tıxaclara əsas səbəb isə hər üç istiqamətdə işıqforların azlığı və alternativ yolların olmamasıdır".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.