banner
banner

Sİyasət

Antalyada mühüm tədbir: Prezident iştirak edəcək

Antalyada mühüm tədbir:

Türkiyənin Antalya şəhərində 11-13 aprel tarixlərində “Parçalanmış dünyada diplomatiyanın bərpası” mövzusunda keçiriləcək IV Antalya Diplomatiya Forumu öz işinə başlayır.

Cia.az xəbər verir ki, forumda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edəcək.

Bundan başqa, nümayəndə heyətinin tərkibində Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, xarici işlər nazirinin müavini, COP29-un baş danışmanı Yalçın Rəfiyev, XİN rəhbəri Ceyhun Bayramov, müdafiə naziri Zakir Həsənov, Milli Məclisin deputatları Səməd Seyidov, Əhliman Əmiraslanov, Əziz Ələkbərli, Nigar Arpadarai, Ramil Həsən də yer alıb.

Foruma dünyanın müxtəlif ölkələrindən dövlət rəhbərləri, diplomatik nümayəndələr, nazirlər və mütəxəssislər qatılacaq.

Teleqraf.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.