banner
banner

İqtİsadİyyat

Ərzaq məhsullarının qiymətində BAHALAŞMA

Ərzaq məhsullarının qiymətində BAHALAŞMA

Mart ayında qiyməti bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb. Dövlət Statistika Komitəsi ötən ayla bağlı məlumatları açıqlayıb.

Cia.az xəbər verir ki, bahalaşan məhsulların siyahısında balıq və balıq məhsulları, süd və süd məhsulları, yağlar, ən çox istifadə olunan meyvə və tərəvəzlər yer alır.

Ucuzlaşma isə sadəcə 4 məhsulun - unun, yumurtanın, göyərtinin və xiyarın qiymətlərində müşahidə olunub.

Satıcılar bildirir ki, qiymət artımı daha çox qış aylarında olub. Hazırda bahalaşma yoxdur, əksinə, ucuzlaşma var.

İqtisadçı Rəşad Həsənov deyir ki, qiymət artımı daha çox marketlərdə alış-veriş zamanı hiss olunur. Onun sözlərinə görə, son bir neçə ildə geosiyasi vəziyyətin gərginləşməsi, dünya ölkələrinin yaşadığı iqtisadi böhran, iqlim dəyişiklikləri bahalaşmaya səbəb olur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.