Bakı metrosunda problem yarandı - Sərnişinlər qatardan düşürüldü
Aprelin 18-də səhər saatlarında Bakı metrosunda problem yaranıb.
Cia.az Teleqraf-a istinadən xəbər verir ki, metronun "Əhmədli" stansiyasından "İçərişəhər"ə gedən qatarın qapıları bağlanmayıb.
Stansiyaya "Bakı Metropoliten"inin əlavə əməkdaşları cəlb edilib. Lakin qapıları bağlamaq və qatarı yola salmaq mümkün olmayıb. Qapıların tez-tez açılıb-bağlanması sərnişinlər arasında təşvişə səbəb olub.
Sonra metropoliten işçiləri vaqonları boşaldıblar və qatar depoya gedib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.