banner
banner

Sosİal

Bu şəxslərin pensiyasına əlavələr EDİLƏCƏK – ŞAD XƏBƏR

Bu şəxslərin pensiyasına əlavələr EDİLƏCƏK – ŞAD XƏBƏR

Pensiya yaşı bir çox insan üçün dincəlmək, istirahət etmək dövrünün başlanğıcı kimi hesab olunur. Ancaq bu mərhələdə belə, işləməyə davam edənlər var. Onların bəziləri maddi ehtiyacdan, bəziləri isə peşəsinə olan sevgisindən işləməyə davam edirlər.

Bu məqamda bir çox insana maraqlıdır ki, şəxs pensiya yaşına çatdığı halda işləməyə davam edirsə, onun əmək pensiyası artılırmı və yaxud yığılan vəsait ona necə qaytarılır?

Deputat Vüqar Bayramov Bizim.Media-ya açıqlamasında bildirib ki, pensiya yaşı tamam olmuş, amma işləməyə davam edən vətəndaşlar üçün pensiya işlədiyi müddətdə yenidən artırılır.

O, Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məsələni izah edib:

“Qanunvericiliyə əsasən, işləyən vətəndaşlar üçün pensiya məbləği ilk dəfə 6 ildən bir, 2 dəfə olmaqla artırılır. Bu zaman işinə davam edən vətəndaş üçün onun 6 il ərzində pensiya hesabında yığılan kapital 72-yə bölünür, alınan məbləğ isə pensiyaya əlavə olunur”.

Millət vəkili məsələnin izahına uyğun nümunə də verib:
 

“Məsələn, vətəndaşın pensiyası 700 manatdırsa, onun işlədiyi müddətdə pensiya hesabında 8000 manatlıq bir yığım varsa, o 72-yə bölünür. Alınan məbləğ pensiyasına əlavə edilir.


Təbii ki, 6 il müddətində vətəndaşın pensiya hesabında nə qədər kapital yığılırsa, bu ona daha çox pensiya almaq imkanı yaradır. Buna görə də işləyən  vətəndaşlar üçün pensiya artımları işlədiyi müddətdə 6 ildən bir olmaqla həyata keçirilir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.

Bu bayram rayona getmək istəyənlərə pis xəbər – 800 manatlıq xərc gözlənilir

“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.