banner
banner

Gündəm

İcra başçısının dayısı oğlu olan Zəfər Quliyevdən şok addım

İcra başçısının dayısı oğlu olan Zəfər Quliyevdən şok addım

Bir neçə iş adamına qarşı külli miqdarda dələduzluq edən Quliyev Zəfər Bayram oğlu ilə bağlı yeni faktlar üzə çıxıb.

Cia.az xəbər verir ki, Türkiyədə və Rusiyada biznes fəaliyyəti ilə məşğul olan bir neçə azərbaycanlı iş adamından 5 milyon dollar pulu dələduzluq yolu ilə ələ keçirən Zəfər Quliyev qanunsuz əməllərini hələ də davam etdirir. Belə ki, o, hazırda Türkiyədə müəyyən kriminal qruplaşmalara söykənərək Qasım və Osman adı ilə analoji fəaliyyət göstərir.

Amma Z.Quliyev hələ də Bakıdakı yaxınları vasitəsi ilə də müəyyən addımlar atmaqdadır. Məlumata görə, o, icra başçılarından birinin dayısı oğludur. Hətta Z.Quliyev bəzi sövdələşmələri həmin icra başçısının Ağ Şəhərdəki ofisində həyata keçirib.

Qeyd edək ki, Z.Quliyev qanunsuz əməlləri nəticəsində Xətai rayonunda "Megafun"un binasında böyük kvadrata malik mənzil, bahalı həyət evinə və obyektə sahibdir.(Unikal)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.