Cia.az xəbər verir ki, Pakistan Hindistanın 5 ədəd qırıcısını vurub. Pakistanın müdafiə naziri Havaca Asif Pakistanın Hərbi Hava Qüvvələrinin ölkənin müdafiəsi zamanı zərbələri dəf edərkən Hindistanın 5 qırıcı təyyarəsini vurduğunu bəyan edib. Geo TV kanalının təhlükəsizlik xidmətindəki mənbələrə istinadla verdiyi məlumata görə, söhbər 3 ədəd "Fafale" qırıcısından, 1 ədəd MiQ-29 və 1 ədəd Su-30 təyyarəsindən gedir. Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin baş direktoru, general-mayor Əhməd Şərif Çaudri qeyd edib ki, Hindistan HHQ-nin bütün təyyarələri Pakistanın hava məkanında vurulub. O, iki ölkə arasında sərhədi əvəz edən nəzarət xəttində intensiv atışmanın getdiyini bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.