Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 26 nəfərə çatıb.
Cia.az xəbər verir ki, bu barədə məlumatı Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları qərargahının rəisi, general Asim Munira istinadən “Reuters” agentliyi yayıb.
Bildirilib ki, zərbə nəticəsində yaralananların sayı isə 46 nəfərə yüksəlib.
Bundan əvvəl, hadisə zamanı 8 nəfərin öldüyü, 35 nəfərin isə xəsarət aldığı bildirilirdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.