banner
banner

Gündəm

İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR

İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR

Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə yeni təyinat olub.

Cia.az-ın məlumatına görə, Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun müvafiq Sərəncamı ilə Hüseynov Tohid Əlihüseyn oğlu Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Tohid Hüseynov bu vəzifəyə qədər Masallı rayon İcra Hakimiyyəti başçısının Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Masallı rayon İcra Hakimiyyəti başçısının köməkçisi və Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində çalışıb.

Ailəlidir. 3 övladı vardır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.