banner
banner

Sosİal

Bakıda bu binalar söküləcək- SİYAHI

Bakıda bu binalar söküləcək- SİYAHI

Bu il dövlət büdcəsindən qəzalı binalarla bağlı problemin həlli üçün 50 milyon manata yaxın vəsait nəzərdə tutulub.

Cia.az xəbər verir ki, Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara əsasən, Bakının Suraxanı rayonu üzrə 63, Nəsimi rayonu üzrə 226, Xətai rayonu üzrə 99, Nərimanov rayonu üzrə 219, Nizami rayonu üzrə 131, Yasamal rayonu üzrə 18, Səbail rayonu üzrə 41, Pirallahı rayonu üzrə 297 yaşayış binasının sökülməsi nəzərdə tutulur.

Plana düşən bəzi binalar sökülüb, bəziləri ilə bağlı tikinti şirkətləri sakinlərlə danışıq aparıb və yaxın zamanda söküləcəyini bildirib, lakin bir çox yerdə isə sakinlər, ümumiyyətlə, binalarının nə vaxt söküləcəyi, onlara nə qədər kompensasiya veriləcəyi ilə bağlı məlumatsızdırlar. Yeniliklərdən biri də odur ki, bir çox ərazilərdə söküləcək binaların yerində binalar tikilməyəcək, parklar salınacaq.

Millət vəkili Razi Nurullayev isə deyir ki, bəzi ərazilər üzrə qəzalı binaların sökülməsi prosesi çox ləng irəliləyir.

Qeyd edək ki, Bakıda 1100-ə yaxın qəzalı binanın olduğu bildirilir.





Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.

Bu bayram rayona getmək istəyənlərə pis xəbər – 800 manatlıq xərc gözlənilir

“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.