banner
banner

Sağlamlıq

Azərbaycanlıların sevimli içkisi xərçəngə səbəb olur

Azərbaycanlıların sevimli içkisi xərçəngə səbəb olur

Azərbaycanda bir çox insan səhər yuxudan oyanan kimi ilk işi çay içmək olur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, əvvəlki günün dəmli çayını təkrar qızdırıb içmək sağlamlıq üçün təhlükəli ola bilər.

"Cia.az" bildirir ki, alimlərin sözlərinə görə çay dəmləndikdən sonra 30-45 dəqiqə ərzində içilməzsə, həm dadını, həm də qida dəyərini itirir. Çay uzun müddət otaq temperaturunda və ya ocağın üstündə qaldıqda tərkibindəki faydalı maddələr oksidləşir, bu isə dadın dəyişməsi ilə yanaşı, zərərli birləşmələrin yaranmasına gətirib çıxarır.

Ən təhlükəlisi isə çayda nitrit adlı toksik maddələrin formalaşmasıdır. Bu maddələr orqanizmdə mədə problemləri, immunitetin zəifləməsi və hətta bəzi xroniki xəstəliklərə səbəb ola bilər. Yay aylarında isə açıqda qalan çay bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.

Mütəxəssislər bildirir ki, çayı dəmlədikdən sonra bir saat ərzində içmək məsləhətdir. Gecədən qalan çayı içmək əvəzinə hər dəfə təzə dəm hazırlamaq daha faydalıdır.

Qənaət məqsədilə edilən bu vərdiş uzun müddətdə sağlamlığa ciddi ziyan verə bilər. Həkimlər təzə dəm çayın həm daha faydalı, həm də dad baxımından üstün olduğunu bildirirlər.(milli.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.