Adətən yazın son ayları – aprel və mayda havanın temperaturu artır, istilik cihazlarına ehtiyac azalır. Lakin bu il hava gözlənilənin əksinə olaraq sərin keçir və bir çox insan evində kombini yandırmaq məcburiyyətində qalır. Bu isə həm təbii qaz, həm də elektrik enerjisi sərfiyyatını artırır. Belə durum aylıq kommunal xərclərə, xüsusilə işıq puluna necə təsir göstərə bilər? Kommunal xərclərin artımın qarşısını almaq üçün nə kimi tədbirlər görülə bilər? Hurriyyet.Az xəbər verir ki, iqtisadçı Toğrul Vəliyev Globalinfo.az-a açıqlamasında Azərbaycanda hər evin istilik təchizatı ilə təmin olunmadığını qeyd edib. Onun sözlərinə görə, istilik sistemi yaxşı isitmədiyi üçün Bakıda qış aylarında əksəriyyət məcbur qalıb kombidən istifadə edir: “Yeni tikilən binalarda belə istilik təchizatı əvəzi kombi quraşdırırlar. Bu da avtomatik olaraq orta statistik ailələrin kommunal xərclərini dəfələrlə artırır. Çünki istilik sistemi daha ucuzdur, nəinki kombi. Bilirik ki, təbii qazda və ya elektrik enerjisində limiti keçdikdə qat-qat artıq ödəniş etməli olursan. Nəticə etibarilə də insanların xərcləri əhəmiyyətli dərəcədə çoxalır. Limitlərin keçməsini xüsusi ilə nəzərə almaq lazımdır. Məntiqlə havanın temperaturu aşağı düşdükdə, istilik təchizatının verilməsi davam etdirilməlidir. Əslində, havanın temperaturu çox da aşağı deyil. Sadəcə, tikilən binaların keyfiyyəti bir qədər azdır deyə istiliyə davamiyyəti olmur”. İqtisadçının fikrincə, problem daha çox havaların sərin keçməsi yox, binaların keyfiyyəti ilə bağlıdır: “Normalda Avropa və digər ölkələrdə son zamanlar binaların istiliksaxlama qabiliyyətinin artırılması istiqamətində addımlar atılır, yeni tələblər qoyulur. Bu, ekoloji cəhətdən də vacibdir. Çünki biz nə qədər elektrik enerjisindən, təbii qazdan az istifadə etsək, o qədər yaxşıdır. Belə bir şey etmək isə binanın istiliksaxlama qabiliyyəti ilə mümkündür. Təəssüf ki, bizdə bu istiqamətdə xüsusi tələblər olmadığı üçün yeni binalarda bunu etmirlər. Gərək, bizdə də addımlar atılsın. Amma havaların qeyri-sabit şəraitdə keçməsi müəyyən xərclərin artımına səbəb olur. Bu baxımdan xərcləri azaltmaq çətin məsələdir”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.
“Azərbaycanda bayram günləri və həftəsonları ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq. Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə verilən bu istirahət fürsətindən paytaxt sakinləri bölgələrə səfər etmək, regionlarda yaşayan vətəndaşlar isə Bakıya gəlmək üçün istifadə edəcəklər. Bu, artıq illərdir davam edən ənənədir”.