Rumıniyada prezident seçkilərinin qalibi bəlli olub
Cia.az xəbər verir ki, Avropa meylli müstəqil namizəd, paytaxtın meri Nikişor Dan Rumıniyada keçirilən prezident seçkilərinin qalibi olub. O, səslərin 54,17 faizini toplaya bilib. Bu nəticələr bülletenlərin 98,56 faizinin hesablanmasından sonra Daimi Seçki İdarəsinin saytında dərc edilib. Danın minlərlə tərəfdarı onun seçki qərargahının qarşısında toplaşaraq "Nikuşor!" "Avropa!" "Rumıniya!". Rumıniyanın gələcək Prezidentinin çıxış edəcəyi gözlənildiyi üçün paytaxt Buxarest şəhərinin mərkəzindəki Yelizabet bulvarında nəqliyyatın hərəkəti bağlanıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.