2024-2025-ci tədris ilində 9 mart 2025-ci il tarixində DİM tərəfindən keçirilən buraxılış imtahanından Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi İsgəndərov Emin Cabir oğlu bütün sualları doğru cavablayaraq 300 bal nəticə toplamışdır.
Cia.az xəbər verir ki, təhsil aldığı 11 il ərzində hər il əlaçı adına layiq görülmüşdür. Hazırkı qiymətləri də əla olduğu üçün liseyi tam orta təhsil haqqında fərqlənmə attestatı ilə bitəcəyini düşünür.
Xatırladaq ki, 9-cu sinifdə də buraxılış imtahanından 278 bal topladığı üçün ümumi orta təhsil haqqında fərqlənmə attestatına layiq görülmüşdür.
7-ci sinifdə oxuyarkən fizika fənni üzrə RFM-də iştirak edərək gümüş medala, 8-ci sinifdə oxuyarkən İstedadlı şagird kimi 9-cu sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında final mərhələsinə qədər yüksəlmiş, 9-cu sinifdə isə Astronomiya olimpiadasında da gümüş medala layiq görülmüşdür.
11-ci sinifdə oxuyarkən şagirdlər arasında keçirilən "əlaçı"verilişində də iştirak Blok imtahanından yüksək nəticə əldə edib Azərbaycan Tibb Universitetinə qəbul olmaq arzusundadıretmişdir.
Müəllimlərin sertifikatlaşdırma nəticələrinin onların dərs yükünün müəyyənləşdirilməsinə təsiri təhsil ictimaiyyətində müzakirə olunan məsələlərdəndir. Yüksək nəticə göstərən müəllimlərə daha çox dərs saatının verilməsi, aşağı bal toplayanların isə dərs yükünün azaldılması ilə bağlı vahid yanaşmanın olub-olmaması sual doğurur. Xüsusilə dərs saatlarının müəllimlərin aylıq əməkhaqqına birbaşa təsir etməsi məsələnin aktuallığını daha da artırır.
2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesində ən yüksək uğur göstəricisi texnologiya fənnini tədris edən müəllimlər arasında qeydə alınıb.
Yeni tədris ilinin başlanmasına iki aydan çox vaxt qalsa da, valideynləri indidən maraqlandıran əsas məsələ məktəbli formalarının qiymətidir. Bəs bu il qiymətlərdə dəyişiklik gözlənilir?
Ali təhsil müəssisələrinin magistraturalarına 14 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd, təkrar) yekun nəticələrini elan edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.