"Elnarə Canlı Beauty Center"-in lisenziyamı və diplomu var? - Tolik nə zamandan estetik klinikaların qarantı oub? - FOTO
Özünə kosmetoloq, üstəlik də doktor deyən Elnarə adlı bir qadın var. Bakıda- metronun Nizami stansiyasının yaxınlığında yerləşən bir binada özünə otaq götürüb, kosmetoloji xidmət göstərir.
Vaxtaşırı da Tolikin "Tarixin bir günü" verilişinin qonağıdır. Bu Elnarə xanımdan kosmetoloq kimi işləmək üçün sertifikatının, icazəsinin olub-olmadığını soruşdum. Deyir, məni Tolik yaxşı tanıyır. Tolikin məsələyə nə aidiyyatı var?
Bunu başa düşmədim. Aparıcı məgər həkimlərə rəy verəndir? Elnarə xanım, siz nədən narahatsınız?
Əgər qanuni olaraq fəaliyyət göstərirsinizsə, adınız Vahid Səhiyyə İnformasiya Sistemində çıxacaq. Amma mən jurnalist olaraq sorğu ilə bunu hələ öyrənməmişəm. Niyə belə xoflanırsınız?
Deyirsiniz, 20 nəfər işçiniz var. Çox gözəl. Bu qədər insanın işlə, pulla təmin olunmasına yalnız sevinə bilərəm. Amma sizin sosial şəbəkələrdəki videoçarxlarda "Elnarə Canlı Beauty Center" adlı salonunuzda ancaq özünüz görünürsünüz.
Heç özünü təqdim etmədən whatsapp nömrəmə yazan köməkçiniz də deyəsən kadrlarda yoxdur. Siz mənə dediniz ki, lisenziyamı və diplomumu göndərə bilərəm.
Mən də dedim göndərin.
Bunun əvəziində köməkçiniz səsli mesajlar göndərərək mənə az qala jurnalistikadan dərs keçərək bir az da hədələyici tonda danışıb, sonra da ofisə dəvət edir. Guya jurnalistin whatsapp üzərindən kimləsə əlaqə saxlayıb məlumat almaq hüququ yoxdur. Bu hansı qanunda yazılıb? Göstərin, oxuyub bilək.
Elnarə xanım ölkənin xüsusi səlahiyyətli şəxsidir ki, jurnalist gedib yalnız onunla ofisində görüşsün? Bu nə məntiqdir? Elnarə xanımın öz instagram hesabında mobil nömrəsi qeyd olunub, mən də bu nömrəyə yazıb əlaqə saxlamışam. Həm jurnalist, həm də vətəndaş kimi onun nə dərəcədə qanunauyğun fəaliyyət göstərməsi mənə maraqlıdır.
Səhiyyə qaydalarına əsasən kosmetoloq ixtisasca həkim-dermotoloq olmalı və belə mərkəzlər klinikaların tərkibində yerləşməlidir. Biz sizin nümunənizdə bunu görmürük. Əgər dürüstsünüzsə, buyurub şəffaf şəkildə mediaya açıq olun. Məni araşdırmaq istəyiniz olduğu kimi, mənim də sizi araşdırmaq istəyim, haqqım var. Jurnalisti israrla ofisinizə çağırmaqda məqsədiniz nədir? Hesab edək ki, mən jurnalist kimi deyil, müştəri kimi müraciət edən bir vətəndaşam. Gəlməmişdən əvvəl xidmət göstərəcək həkimin diplomunun, xüsusi icazə tələb edən sənədlərinin olub-olmaması mənə vacibdir. Qorxusu-hürküsü olmayan adam reklamına ilk növbədə diplomu, sənədləri ilə başlayar.
Mən buradan səhiyyəmizə cavabdeh bütün qurumlara- Səhiyyə Nazirliyinə, TƏBİB-ə, eləcə də digər dövlət təşkilatlarına səslənib xahiş edirəm ki, "Elnarə Canlı Beauty Center"-in, onun rəhbəri, özünü Dr.kosmetoloq Elnarə xanım kimi təqdim edən bu şəxsin fəaliyyətinin qanunlarımıza nə dərəcədə uyğun olub-olmadığını müəyyənləşdirsinlər.
"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.
Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.
“Vesta Construction” MTK-nın təsisçisi Ceyhun Musazadə oğlu Quliyevin həbs olunması ilə bağlı yayılan məlumatlar uzun illərdir yığılıb qalan narazılıqların kulminasiya nöqtəsinə çevrilib. Musavat.com-a verilən məlumata görə, şirkət rəhbəri eyni mənzilin bir neçə nəfərə satılması kimi ağır qanun pozuntularına yol verib.
Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.
Xəbər verdiyimiz kimi, Bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Pirməmmədovla sevgi münasibəti yaşadığını, sonradan onun evli və iki uşaqlı olduğunu öyrəndiyini açıqlayıb.
Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.
Abşeron rayonunun müxtəlif ünvanlarında qeyri-qanuni və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirilən tikinti işlərinin qarşısı alınıb.