ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Valdimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq təşkilatının sammiti sırasında təmas qurublar.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlərin forumun kuluarlarında söhbət etdiklərini söyləyib. Lakin Ağ Evdən bildirilib ki, hələlik dövlət başçılarının hansısa məsələni müzakirə etmək imkanı olmayıb.
Qeyd edək ki, Çinin paytaxtı Pekində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq təşkilatının zirvə toplantısı keçirilir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.