banner
banner

Səhİyyə

Aybənizin ölümündə yeni detallar: Mahmudov anestezioloq deyilmiş, həkimin də ali təhsili yox imiş...

Aybənizin ölümündə yeni detallar: Mahmudov anestezioloq deyilmiş, həkimin də ali təhsili yox imiş...

29 yaşlı Aybəniz Almuradovanın ötən ilin iyununda liposaksiya əməliyyatı zamanı vəfat etməsi ilə bağlı açılan cinayət işinin yeni təfərrüatları məlum olub.

Cia.az xəbər verir ki, iki uşaq anası Aybəniz Almuradova “Reo-Med” klinikasında əməliyyat edilən zaman dünyasını dəyişib. Almuradovanın ölümündə həkim Mətanət Eyvazova və anestezioloq Babək Mahmudov ittiham edilirdi.

Günahkar kimdir?

Mətanət Eyvazova xəstənin ölümündə əli olmadığını, xəstəyə əlini belə vurmadığını demişdi. İş üzrə əsas təqsirləndirilən şəxs kimi anestezioloq Babək Mahmudov göstərilirdi. Lakin mərhumun ailəsi həkimdən də şikayətçidir. Babək Mahmudov iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Məhkəmənin hökmü ilə B.Mahmudov barəsində 2 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Mərhumun bacısı Gülər Əliyeva hüquqi varis kimi bildirib ki, B.Mahmudova ağır cəza verilməsini, həkimin də məsuliyyətə cəlb edilməsini istəyirlər.

Klinika heç bir məsuliyyət daşımır?

İstintaq zamanı müəyyən edilib ki, Babək Mahmudov 2023-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin “müalicə işi və profilaktika” fakültəsini bitirsə də, anesteziologiya-reanimatologiya ixtisası üzrə rezidentura kursu keçməyib. Həmin sahə üzrə praktik tibbi fəaliyyətlə məşğul olması üçün sertifikasiya şəhadətnaməsi almayıb. “Reo-Med” klinikasına əmək müqaviləsi bağlanmadan çalışırmış.

Müəyyən edilib ki, əməliyyatdan əvvəl xəstənin nevroloji vəziyyəti, ürək fəaliyyəti nevropatoloq tərəfindən dəyərləndirməyib. “Markain” adlı dərmanın istifadəsindən əvvəl xəstənin allergik reaksiyasının olub-olmadığını müəyyən edilməyib.

Təqsirləndirilən şəxsin ifadəsindən məlum olub ki, hadisənin baş verdiyi klinikanı Əli və Aysel adlı şəxslər çalışdırırmış. Onlar klinikanın bir neçə həftə əvvəl yeni icarəyə götürüblərmiş:

“Mənə dedilər ki, “Alo doktor” klinikası da onlarındır. Bu klinikanın da adını dəyişib “Alo doktor” qoyacaqlarını dedilər”.

Babək Mahmudovun ifadəsində maraqlı məqamlar da üzə çıxıb:

“İşlə bağlı danışdığımız gün Əli müəllim klinikada yenidənqurma işləri apardığını dedi. “Sabaha beş əməliyyatımız var, gəl sabahdan anestezioloq kimi işə başla” deyərək məni işə qəbul elədi. Aylıq 1000 manat əmək haqqıya razılaşdıq. Səhər işə gəldiyim gün Aybəniz Almuradovanı anesteziya edilməsi üçün əməliyyata hazırlayarkən qarın nahiyəsində piy kütləsi çox olmadığından əməliyyat uzun vaxt tələb etməyəcəyinə görə anesteziyanı spinal qaydada etməyi qərarlaşdırdım. İlk dəfə spinal anestezi aparatını Aybənizin bel fəqərəsinə daxil etdikdə Aybənizin halı pisləşərək təzyiqi aşağı düşdü. Aybənizə “kafein” inyeksiya edib, ayaqlarını yuxarı istiqamətdə qaldırdıq. Təzyiqi normallaşandan sonra yenidən spinal anesteziya edərkən 2-3 dəqiqə sonra xəstə anafilaktik şok keçirdi. Əl və ayaq nahiyələrində qıcolma, çənə kilidlənməsi, göz bəbəklərinin yuxarı doğru hərəkəti müşahidə olundu. Ürəyi dayandığına görə xəstəyə qapalı kardioloji masaj tətbiq etdik. Ürək ritmini geri qayıtdıqdan sonra “Məlhəm” hospitalına köçürüldü”.Babək Mahmudovun ifadəsindən məlum olub ki, klinika rəhbərliyi onun ixtisasının anestezoloq olmadığını bildikləri halda işə götürüblər.

Mərhumun bacısı Gülər Əliyeva hüquqi varis dindiirlən zaman kimi bildirib ki, bacısına huşu qapalı olmasına baxmayaraq, ikinci dəfə anesteziya iynəsi vurulub: “Bu göstərişi həkim Mətanət Eyvazova verib. Təqsirləndirilən şəxsdən şikayətçiyik. Mətanət Eyvazovanın da cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik”.

Mətanət Eyvazova isə mətbuata açıqlamasında xəstənin ölümündə əli olmadığını bildirib:
“Xəstəyə əlim belə dəyməyib. Əməliyyatdan öncə müvafiq müayinələrdən keçib. Hər şey qaydasında olub. Xəstənin halı narkoz verilən zaman pisləşib, bir neçə gün komada qalıb. Xəstəyə liposaksiya məqsədilə mən tərəfindən qəti şəkildə toxunulmayıb. Bildiyiniz kimi xəstə əməliyyata hazırlanır, daha sonra həkim əməliyyat otağına daxil olub, proseduru icra edir. Mən qəbul otağımda olarkən, onun halı pisləşib. Barəmdə yazılan dezinformasiyaları qəbul etmirəm. Artıq hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Haqlı olduğumun sübutu var”.

Həkim Eyvazova məhkəmədə bildirib ki, ali tibb təhsili olmayıb: “Klinikaya kosmetoloq kimi işə qəbul edilmişdim. Yüngül prosedurları həyata keçirdim. Əməliyyat zamanı xəstəyə növbəti iynənin vurulmasını göstərişini mən verməmişəm. Aybəniz Almuradovanı “Məlhəm” klinikasına mən aparmışam. Xəstənin müalicəsi üçün bütün xərcləri də mən qarşılamışam”.

Qeyd edək ki, "Reo-Med" klinikasını idarə edən Əli Hüseynov "Dünya TV"nin rəhbəri Ramiz Hüseynovun oğludur. Əli Hüseynovun adı yerli mətbuata yad deyil. Bir neçə il əvvəl Əli Hüseynovun avtomobillə adam vuraraq öldürməsi barədə də məlumatlar dərc edilib.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”

Mərkəzdə yalnız tibbi müdaxilə deyil, eyni zamanda elmi əsaslı psixoterapiya metodları geniş tətbiq edilir. Buraya Koqnitiv-davranış terapiya (CBT) – asılılıq davranışının dəyişdirilməsi, Motivasional müsahibə (Motivational Interviewing) – daxili motivasiyanın gücləndirilməsi,qrup terapiyaları və ailə terapiyası aiddir.

Həkim səhvinə görə kompensasiya almaq mümkündür?

Tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən yanlışlıqlar, səhv diaqnozlar və ya qeyri-peşəkar müdaxilələr nəticəsində vətəndaşların sağlamlığına zərər dəyməsi halları hüquqi müstəvidə ciddi şəkildə araşdırılan mövzulardandır. Pasiyentlərin səhiyyə müəssisələrinə və ya birbaşa tibb personalına qarşı hüquqi mübarizə aparması kifayət qədər mürəkkəb, həmçinin uzunmüddətli prosedurlar zəncirini əhatə edir. Bu cür mübahisələrdə ən kritik məqam həkim səhvi ilə yaranan fəsad arasında birbaşa səbəb-nəticə əlaqəsinin mövcudluğunu tam subut etməkdir. Bu proses isə müalicə tariçəsi, analiz nəticələri, rentgen və digər tibbi sənədlərin ekspertlər tərəfindən dərindən araşdırılmasını, xüsusi rəylərin alınmasını zəruri edir. Çünki hüquqi baxımdan əsaslı sübutlar olmadan qarşı tərəfin məsuliyyətini müəyyən etmək qeyri-mümkündür.

Süni intellekt “super peyvənd” hazırladı

Böyük Britaniyanın Kembric Universitetinin alimləri süni intellektin köməyilə hazırlanan yeni nəsil peyvəndi ilk dəfə insanlar üzərində sınaqdan keçirməyə başlayıblar.

184 dərmanın QİYMƏTİ dəyişdi: Apteklərdə son vəziyyət REPORTAJ

Tarif Şurasının son qərarı ilə 184 dərman vasitəsinin qiymətinin yuxarı həddi yenidən tənzimlənib. Qərara əsasən, dərmanların topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi təsdiqlənib və yeni qiymətlər müəyyən edilmiş tarixlərdə qüvvəyə minəcək. Bəs bu dəyişikliklər apteklərdə və alıcıların büdcəsində necə əks olunur?

Maaşların gecikdirilməsi iddiaları ilə bağlı açıqlama - ÖZƏL

TƏBİB tabeli tibbi müəssisələrində bu gün – ayın 1-də ilk dəfə olaraq bütün tibb müəssisələrinə əməkhaqları tam şəkildə köçürülüb. Qeyd edək ki, uzun müddət idi, tibb işçilərinin maaşlarının gecikdirilməsi ilə bağlı narazılıqlar var idi. Hətta müqaviləyə əsasən maaşı ayın 10-dək verilməli olanların da ödənişlərinin gecikdiyini bildirirdilər. Bununla bağlı Musavat.com-a da çox sayda şikayət daxil olub.

Hantavirus daha da yayıla bilər - ÜST-dən həyəcanverici XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı MV Hondius kruiz gəmisində baş verən ölümcül hantavirus yayılmasından sonra ölkələri mümkün yeni yoluxmalara hazır olmağa çağırıb. Təşkilat bildirir ki, virusun inkubasiya dövrünün uzun olması səbəbindən qarşıdakı həftələrdə əlavə halların aşkarlanması mümkündür.