banner
banner

Cəmİyyət

Səfər İsmayılov Lənkəranda həm notariusdan pul qazanır, həm də icarədən -FOTOFAKT

Səfər İsmayılov Lənkəranda həm notariusdan pul qazanır, həm də icarədən -FOTOFAKT

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi 19.06.2025-ci ildə icarə xidmətlərinin alınması üzrə fiziki şəxs İsmayılov Səfər Yusifəli oğlu ilə bir mənbədən satınalma metodu ilə icarə müqaviləsi bağlayıb. Müqavilənin qiyməti 45.144 manat təşkil edib.
Yenixeber.org: Apardığımız araşdırma zamanı məlum oldu ki, fiziki şəxs İsmayılov Səfər Yusifəli oğlu Lənkəran Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin Xususi Notariusu vəzifəsində çalışır.
Bir neçə ay əvvəl elektron mediada Lənkəran Rayon 1№-li notariat ofisinin Notariusu Səfər İsmayılov haqqında ilginc informasiyalar yayılmışdı. Məlumatda qeyd edilirdi ki, 1№-li notariat ofisi Lənkaran rayon Hacı Zeynalabdin küçəsi 211 ünvanında fəaliyyət gösdərib. Lənkəran regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayandan sonra 1№-li notariat ofisi fəaliyyətini Lənkəran regional “ASAN xidmət” mərkəzində davam etdirir.

 

                Səfər İsmayılov

Bəs görəsən Səfər İsmayılovun əvvəllər əyləşdiyi Lənkaran rayon Hacı Zeynalabdin küçəsi 211 ünvanında yerləşən bina kimə məxsusdur?Bu bina ilə Səfər İsmayılovu hansı əlaqələr birləşdirir?

 

Redaksiyamıza axil olmuş məlumatda bildirilir ki, Səfər İsmayılov müxtəlif internet resurslarında elanlar yerləşdirərək notariat ofisinin yerləşdiyi binanı 5000 AZN-ə icarəyə verir. Bu nəticəyə gəlmək olar ki, notariat ofisinin əvvəllər yerləşdiyi bina elə Səfər İsmayılovun özünə məxsusdur və zamanında bu şəxs “özü-özüylə” icarə müqaviləsi bağlayırmış. Yeni nazir Səfər İsmayılovun fəaliyətini araşdırtdırsa bu deyilənlərin doğru olduğu üzə çıxar.
Onu da qeyd edək ki Səfər İsmayılov mətbuatın gündəminə, oğlunun 90-LR-002 qeydiyyat nişanlı BMW markalı avtomobillə Masallı-Yardımlı-Lənkəran yolunu bağlayaraq şou göstərməklə gəlib.
Elektron medianın yaydığı bu məlumatdan belə görsənir ki, Səfər İsmayılov Lənkəranda heç də az imkanlara sahib deyil. Maraqlıdır onun məlum olmayan, yəni gizli icarəyə verdiyi daha nə qədər obyekti var. Daha maraqlısı Səfər İsmayılovun bu obyektləri ərsəyə gətirməyə vəsaitləri haradan əldə etməsidir. Bir də görəsən Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsində və xüsusən də nazir Fərid Əhmədovun Lənkəran Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin Xususi Notariusu Səfər İsmayılovun həm də bir çox obyekt sahibi olmasından xəbəri varmı?(aktualinfo.org)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Ay qızım, kömək elə…” – Bakıda eskalator zülmü - Reportaj/Foto

"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.

Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?

Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.

Bakıda gecə saatlarında baş vermiş bu hadisəyə görə qurumlar hərəkətə keçdi - FOTOLAR

Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Bu ərazilərdən ev ALMAYIN - 1 mənzil 3-4 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.

Sabiq icra başçısı lüks sauna tikdirdi - Fəhlələrin pulunu vermədi

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.