Topaz Premyer Liqasının XXXIV turunda AZAL-la oyun zamanı "Xəzər Lənkəran"ın futbolçusu Tural Cəlilovun yaddaşı itib.
Matçın 89-cu dəqiqəsində zədələnən müdafiəçi özünü yaxşı hiss etməyib. Nəticədə o, Mahsun Qənbərli ilə əvəzlənib. 29 yaşlı futbolçunun yaddaşı 4 saatdan sonra bərpa olunub. Klubun tibbi heyətinin yardımından sonra Cəlilov əvvəlki vəziyyətinə qayıdıb. Qeyd edək ki, "Xəzər Lənkəran" - AZAL qarşılaşması meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.